Formula1 barışığa hazırlaşır

Nürburqrinq uik-endi ərəfəsində FİA-FOTA qaşıdurması yenidən gündəmə gəlmişdi, FOTA-nın üzvü olan 8 komanda gələn il dünya çempionatının iştirakçılarının toplandığı iclası […]

Nürburqrinq uik-endi ərəfəsində FİA-FOTA qaşıdurması yenidən gündəmə gəlmişdi, FOTA-nın üzvü olan 8 komanda gələn il dünya çempionatının iştirakçılarının toplandığı iclası yarımçıq tərk etmişdi, həmin iclasda gələn ilin reqlamenti müzakirə olunurmuş, tərəflər mətbuatda bir-birinə qarşı bəyanatlar söyləmişdilər. Amma uik-endin gedişi zamanı konflikt qızışmayıb…

Qarşıdakı iki həftə ərzində danışıqlar davam edəcək və bir çox məsələlər həll olunacaq. Çərşənbə gününə hüquqşünaslar bütün sənədləri hazırlamalıdırlar, sonra bütün komandalar bu sənədləri imzalamalı və FİA-ya qaytarmalıdırlar, gələn həftə isə Macarıstan Qran Prisindən əvvəl Razılıq Müqaviləsinin yeni mətni imzalanmalıdır.
Bütün bu dediklərimiz baş tutmaya da bilər, onda komandalar alternativ çempionat fikrinə qayıda bilərlər, ona görə də qarşıdakı iki həftə Formula1-in gələcəyini təyin etmək üçün olduqca vacib olacaq.

Ekspertlər hesab edirlər ki, danışıqlarda FİA prezidenti Maks Mosli və FOM başçısı Berni Ekklstoun iştirak etməyəcəklər. Kommersiya məsələlərini komandalar birbaşa CVC-nin rəhbərliyi ilə tənzimləyəcəklər, idman məsələlərini isə FİA-nın nümayəndəsi ilə. Brawn GP komandasının başçısı və sahibi Ross Braun vəziyyəti şərh edib…

Ross Braun: “Biz hamımız keçən həftə baş vermiş emosional çıxışlara görə təəsüflənirik, axı texniki sahədə komandaların FİA ilə münasibətləri yaxşıdır, amma mən əminəm ki, bütün mübahisəli məsələlər tənzimlənəcək və tərəflər dialoqa qayıdacaqlar. Biz hər üç tərəfi – komandaları, FİA-nı və FOM-u qane edəcək sənədi əldə etməyə ümid edirik. İş davam edir, indi konstruktiv inkişafdan danışmaq olar.

Mən ümid edirəm ki, FİA Razılıq Müqaviləsinə qoşulacaq, biz bu məsələni həll edə bilərik və edəcəyik. Hazırkı iqtisadi vəziyyətdə istənilən qeyri-müəyyənlikdən qaçmaq lazımdır, hamı əmin olmalıdır ki, beş ildən sonra Formula1 necə olacaq. Çox təəssüf ki, problemlər bizi işdən, azarkeşləri isə fantastik mövsümdən ayırır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*