Force İndia KERS-dən istifadə etməyəcək

Force İndia komandası əmindir ki, mövsümün sonuna qədər KERS sistemindən istifadə etməyəcək, hərçənd mövsümün əvvəlində komanda ümid edirdi ki, kinetik […]

Force İndia komandası əmindir ki, mövsümün sonuna qədər KERS sistemindən istifadə etməyəcək, hərçənd mövsümün əvvəlində komanda ümid edirdi ki, kinetik enerjinin rekupersiya sistemi Almaniya Qran Prisinə qədər maşınlara qoyulacaq.

Mövsümün əvvəlində komanda güman edirdi ki, McLaren komandasının istifadə etdiyi KERS-dən alacaq, çünki gümüşü komanda ilə texniki əməkdaşlıq haqqında müavilədə bu nəzərdə tutulub, amma mövsümün gedişində VJM02 şassisi bir neçə dəfə modernizə olduğundan artıq sistemi şassiyə qoymaq mümkün deyil. Komandanın baş əməliyyat direktoru Saymon Roberts bildirib ki, sistemin istismar xərcləri də yüksəkdir, məhz bu səbəbdən də komanda KERS-dən imtina etməli olub…

Saymon Roberts: “Biz əvvəldən KERS-dən istifadə etməyi planlaşdırmışdıq, maşını da sistemə uyğun qurmuşduq, amma sonra qərar qəbul etdik ki, sistem bizim üçün çox bahalıdır. KERS yaxşı şeydir, amma sistem üçün biz əlavə avadanlıqlar da əldə etməliyik. Ona görə də belə strateji qərar qəbul olunub.

Valensiyada bizim maşına qoyulmuş yeni komponentlər KERS-dən istifadə etməyə imkan vermir. Amma biz şassinin əvvəlki versiyasına qayıda bilərik – məsələn, Silverstounda biz KERS-dən istifadə edə bilərdik.

Spada bu sistem sayəsində Kimi Rəykkönen bizim sürücünü keçə bildi, amma KERS qoyulan zaman şassinin optimal balansı önə çıxır. Bəzi traslarda KERS daha böyük üstünlük verir, bəzilərində isə heç hiss olunmur, amma sıralanma turunda və xüsusən də startda üstünlüyü nəzərəçarpandır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*