Ferstappenin maşını Bakıdan sonra nə vəziyyətdədir?

Azərbaycan yarışında 300 km/saat sürətlə divara çırpılan Maks Ferstappenin bolidində ciddi problem yoxdur.

F-1.az xatırladır ki, niderlandlı hücumçu yarışda lider gedərkən düzlekdə arxa təkəri partlamış və nəticədə baryerlərə sərt formada çırpılmışdı. Maks boliddən özü düşdü və ətrafa qırıntılar saçılsa da, boliddə ciddi problem olmadığı kənardan görünürdü.

Ferstappenin bu qəzada bəxti gətirib. Əks halda təkər partladıqdan sonra divara daha sərt formada çırpıla və ağır yaralana bilərdi. Əksinə divara bir az sürtüldü və bolidin burun hissəsi zərbənin bir hissəsini öz üzərinə götürdü. Bunun hesabına ciddi zədə yaşamadı.

İtaliya mətbuatının verdiyi xəbərə əsasən boliddə cidd problem yoxdur. Komanda ötürmələr qutusunu nəzərdən keçirəcək və sonra qərar verəcək. Güc qurğusuna gəldikdə isə Honda onsuz da Fransaya yenisini gətirəcəkdi. Partlayan təkərə görə sol arxa asılqan qırılıb. Buna baxmayaraq, RB16-dakı problem İmoladakı Bottasın bolidindəki problem qədər böyük deyil.

Red bull sadəcə ön qanadı dəyişərək, Fransaya gedə bilər, çünki bolidin şassisi yaxşı vəziyyətdədir. Arxa tərəfdə bir az problem olsa da, elə də ciddi deyil.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*