14 Oktyabr 2019, Bazar ertəsi - 02:42

Ferrari şassini dəyişmək planından əl çəkib?

Ferrari şassini dəyişmək planından əl çəkib?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:54 - 30 Aprel, 2012

Mövsümün əvvəlindən şayiələr gəzir ki, Ferrari F2012-yə xroniki olaraq sürət çatışmır, ona görə də komandanın konstruktorları tələsik yeni şassinin hazırlanması […]

Mövsümün əvvəlindən şayiələr gəzir ki, Ferrari F2012-yə xroniki olaraq sürət çatışmır, ona görə də komandanın konstruktorları tələsik yeni şassinin hazırlanması və Mucello testlərində debüt etməsi üzərində çalışırlar.

Amm bu gün yunanıstanlı jurnalist Dimitris Papadopulus özünün Twitter bloqunda yazıb ki, deyələnlərə görə, “Mucelloya Ferrari modernizə olunmuş yan pantonlar, ön burunla birlikdə antiqanad və qazburaxma sistemini gətirəcək, amma yeni ön asılqan və yeni şassi olmayacaq.”

Əlbəttə, hamı başa düşür ki, Skuderiyanın rəhbərliyi qarşıdakı testlərə planları barədə vaxtından əvvəl danışmayacaq, amma əgər Dimitrisin dedikləri doğrudursa, onda iki variantı təsəvvür etmək mümkündür.

İstisna deyil ki, ilk dörd yarışdan sonra Skuderiya topladığı böyük həcmdə məlumatı təhlil edərək, belə qənaətə gəlib ki, vəziyyət elə də faciəli deyil və modernizə ilə problemləri həll etmək olar. Çox güman ki, modernizənin birinci mərhələsi məhz may testlərinə təsadüf edəcək.

Əgər Maranelloda modernizə ilə paralel olaraq yeni şassi də hazırlanırsa, onda görüləcək işlərin həcmi və çətinliyi o dərəcədə ciddi olub ki, komanda sadəcə bütün işləri mayın 1-dək çatdıra bilməyib.

Bu variantlardan hansının həqiqətə yaxın olmasını mövsümün Avropa yarışlarında görəcəyik…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər
Paylaş

logo