Ferrari-nin yeniliklərini əvvəlcə Sayns yoxlayacaq

Biz artıq yazmışdıq ki, Barselona mərhələsi üçün Ferrari komandası maşının hərtərəfli yeniləməsini hazırlayıb.

F-1.az-ın xəbərinə görə, bu gün məlum olub ki, yeniliklər yalnız bir bolidə quraşdırılacaq.

Karlos Sayns yeni elementləri ilk sınaqdan keçirəcək, Şarl Lekler isə cümə günü əvvəlki konfiqurasiyada olan maşını idarə edəcək və bu, mühəndislərə müqayisəli sınaqlar keçirməyə imkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*