Ferrari mühərriyi Mercedes-lə eyni gücdədir?

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari-nin hazırkı mühərriyi Mercedes mühərriyi ilə eyni gücdədir.

F-1.az xatırladır ki, Fettel “gümüş oxlar”ın 0.4 saniyə sürətli olduğunu demişdi. Amma britaniyalı sürücü belə düşünmür: “Heç nə deyə bilmərəm. Komanda da mənə bolidlər arasındakı fərqdən danışmadı. Mənə dedilər ki, iki komanda güc cəhətdən bərabərdir. Doğrudan da, çox inkişaf ediblər. Bəlkə yarışda onlardan daha güclüyük. Bir yarışdan sonra söz demək çətindir. Bəlkə də yanacaq yükləri fərqli idi və fərqli sazlanma seçmişdilər. Növbəti yarışlarda daha çox məlumat toplaya bilərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*