Ferrari çarpma testlərindən keçib

Ferrari-nin gələnilki bolidi FİA-nın çarpma testlərindən keçib. Bəzi iddialara əsasən italyanlar çarpma testlərindən keçən ilk komandadır.

F-1.az xəbər verir ki, maşının kod adı 669-dur. Bolid komandanın texniki direktoru Mattia Binottonun nəzarəti altında FİA-nın CSİ bazasında frontal çarpma testlərindən keçib. Yeni şassi daha əvvəl statik testlərdən keçmişdi.

Beləliklə, Ferrari bolidin rəsmi təqdimatından 2 ay əvvəl çarpma testlərindən keçmiş ilk komanda olub. Ferrari-nin şassi üzərində işləmək üçün bol vaxtı olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*