F.Alonso komandanın bazasına baş çəkib

Xəbər verildiyi kimi, Ferrari-nin Madonna di Kampilyoda təşkil etdiyi ənənəvi Wrooom tədbiri Fernando Alonsonun ikiqat qələbəsi ilə başa çatıb: ispaniyalı […]

Xəbər verildiyi kimi, Ferrari-nin Madonna di Kampilyoda təşkil etdiyi ənənəvi Wrooom tədbiri Fernando Alonsonun ikiqat qələbəsi ilə başa çatıb: ispaniyalı sürücü həm kartinq, həm də Fiat500-ün sükanı arxasında kolleqalarından sürətli olub. Amma tədbirdən dərhal sonra Fernando Maranelloya qayıdıb və komandanın bazasında qarşıdakı mövsümə hazırlıqla məşğul olub.

Alonsonun bazada bu günü oturacağın ölçüsünün götürülməsi ilə başlayıb, sonra ikiqat dünya çempionu yığılma sexinə baş çəkib, yeni maşının üzərində gərgin işi görüb. Burada Fernando mövsümöncəsi testlərdə istifadə olunacaq 288 saylı şassi ilə tanış olub. Sürücünü komandanın texniki direktoru Aldo Kosta, baş konstruktor Nikolas Tombasis və yarış mühəndisi Andrea Stella müşaiyət ediblər.

Maşın üzərində iş plana uyğun gedir, bazar ertəsi Maranelloya Felipe Massa gələcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*