F1 yayımına yeniliklər gəlir

Bu il rəsmi TV yayımı zamanı yeni infoqrafiklər göstəriləcək.

F-1.az bildirir ki, Formula1 çempionatının təşkilatçıları Amazon Web Services xidməti ilə birlikdə yayımı azarkeşlər üçün daha informativ etmək üzərində çalışırlar.

İmolada Braking Performance slaydı debüt edəcək – azarkeşlər döngənin girişində əyləc hesabına döngənin çıxışında üstünlük almağı görəcəklər.

Kanadada Car Exploitation slaydı peyda olacaq – sürücülərin maşınla – təkərlərin mexaniki ilişməsi, sürətlənmə, əyləcləmə və s. zamanı işləməsi görünəcək.

Britaniyada Energy Usage slaydı sürücülərin trasda mübarizə zamanı güc qurğusunun enerjisindən necə istifadə etdiklərini göstərəcək.

İtaliyada Start Performance start zamanı sürücünün işini təhlil edəcək.

Yaponiyada Pitlane Performance keçirilmiş pit-stopun effektivliyini müəyyən edəcək.

Undercut Threat slaydı isə komandanın strategiyasını daha yaxşı başa düşməyə xidmət edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*