F.Massa: “Ötmələr çətinləşəcək”

Williams komandasının sürücüsü Felipe Massa testlərdən sonra bildirib ki, bu il ötmə etmək çox çətin olacaq.

F-1.az xatırladır ki, bu il təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsi çoxalıb. Buna görə də bolidlər döngələrə girərkən daha gec əylənəcəklər. Beləliklə, sürücülər üçün ötmə etmək çətin olacaq.

Felipe Massa: “Ötmələr çətin olacaq. Bu dəqiqdir. Sauber komandasından 1.5 saniyə sürətli olsam da, maşını keçə bilmədim. Arxamda Niko Hülkenberq də məndən sürətli idi, amma o da heç nə edə bilmədi. Məncə, yeni mövsümdə ötmələr azalacaq.

Mercedes bu il də sürətli görünür. Bizim üçün də hər şey qaydasındadır. Ümid edirik ki, rəqabətədavamlı mövsüm keçirərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*