F.Massa daha 2-3 il Formula1-də qalmaq istəyir…

Peletonun ən təcrübəli sürücülərindən olan Felipe Massa bu il Formula1-də 14-cü mövsümünü keçirəcək.

F-1.az xəbər verir ki,  Williams ilə müqaviləsi bu ilin sonunda bitəcək braziliyalının 2017-ci ildə hansı komandada olacağı, ümumiyyətlə, Formula1-də yarışıb-yarışmayacağı sual altındadır…

Felipe Massa: “Vaxt gedir, amma mən motivasiyamı itirməmişəm. Rəqabət apara biləcəyim komandanın bir parçası olduğum müddətdə Formula1-də qalmaq istəyirəm. Hesab edirəm ki, komandama və Formula1-ə çox şey verə bilərəm. Williams-a gəldiyimdə komanda tarixindəki ən pis dövrünü geridə qoyurdu. Komandanın yenidən inkişafına öz töhfələrimi vermək imkanı əldə etdim. Yaxın gələcəkdə ciddi reqlament dəyişiklikləri olacaqsa, mən də yeni reqlamentə uyğun maşınlarda özümü yoxlamaq istəyirəm. Formula1-də daha 2-3 il qalmağa ümid edirəm.

Tamaşaçılar liderlik uğrunda mübarizə görmək istəyir. Amma, deyəsən, bu il də Mercedes AMG-nin hegemonluğunu görəcəyik. Hər bir komandanın qızıl dövrü olur. Mercedes AMG də bu dövrünü yaşayır. İnsanlar Senna dövrünün maraqlı olduğunu deyirlər, amma onların da 3-cü yerdə gedən sürücünü bir dövrə üstələdiyi vaxtlar olub.Hamı keçmişdən danışmağı sevir, amma nələr olduğunu tam xatırlamır…”

Qeyd edək ki, Felipe Massa Formula1 karyerası boyunca 229 yarışa çıxıb, 11 qələbə qazanıb və 41 dəfə podiuma yüksəlib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*