F.Kuartararo: Təkərlər pis işləyir

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, geridə olmalarının səbəbini anlamır.

F-1.az xatırldır ki, fransalı sürücü testlərin ilk iki günündə Ducati-yə yaxın olsa da, sonuncu gündə motosikletin performansı düşüb. Yekunda 23 yaşlı sürücü Sepanqdakı qış tesrlərini 19-cu yerdə bağlayıb.

Fabio Kuartararo: “Qarışıq hisslər yaşayıram. Yeni təkərlərlə hər şey çox bərbaddır, amma düzlük sürətindən razıyam. Bunu uzun müddət idi ki, istəyirdim. Bundan başqa test edəcək çox detal var idi və əksəriyyətini sınaqdan keçirdim.

Testlərin son günündə isə özümü yaxşı hiss etmədim. Bəzi yerlərdə yeyilmiş təkərlərin tempindən razı idim. Təkərlərlə 22 dövrə vursam da, yaxşı nəticələr gəlməyə davam edirdi. Ancaq yeni təkər taxanda hər şey kabus kimi idi. Niyə belə geridəyik anlamıram.

Ən böyük problem zaman nəticəsi göstərəndə olurdu. Zaman ekranına baxmayanda, düşünürdüm ki, 1.58-lərdə gedirəm. Amma baxanda görürdüm ki, 1.59-lardayam. Bilmirəm nə baş verir. Ağlımda çox sual işarəsi var.

Problemləri tapmalıyıq, çünki sıralanma turu getdikcə daha da vacibləşir. Hər il burada problem yaşayırıq. Xüsusilə sprint yarışı çox vacib olacaq.

Son illərdə sıralanma tempində geri düşdük. 2019-cu ildə ilk mövsümümdə bir neçə poul qazanmışdım. Bu gün bu mümkünsüzdür və səbəbini hələ də anlamırıq. Yenə də bədbin düşünmürəm. Sıralanma tempində geridə olsaq da, düzlük sürətimiz yaxşıdır.

Lakin reallıq budur ki, sıralanma turunda yaxşı nəticə göstərə bilməsək, qələbə ya da beşlik uğrunda mübarizə aparmaq mümkünsüz olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*