18 Avqust 2019, Bazar - 17:18

F.Briatore həbs olunub

F.Briatore həbs olunub

Müəllif: Rauf Hacıyev, redaktor

21:04 - 12 Fevral, 2018

Renault komandasının sabiq rəhbəri Flavio Briatore vergidən yayındığı üçün 18 aylıq həbs olunub.

F-1.az xəbər verir ki, italiyalı biznesmen 2010-cu ildə müsadirə edilən Force Blue yaxtasını alarkən vergidən yayınıb. İttihamçılar məhkəmədə 4 il həbs cəzası istəsələr də, Flavionun cəzası əvvəlcə 23 aya, daha sonra 18 aya endirilib.

Qeyd edək ki, 63 metrlik super yaxta Kayman adalarında qeydiyyatdadır. Briatore isə bildirib ki, yaxtanı Vircin adalarındakı bir şirkətdən icarəyə götürüb. Amma sonradan bilinib ki, bu şirkət də italiyalı qoca qurda aiddir və 3.6 milyon avro əlavə dəyər vergisindən yayınıb. Bundan başqa 2006-2010-cu illərdə 800 min avroluq yanacaq vergisi də cəzada hesablanıb.

Briatorenin apellyasiya məhkəməsinə müraciət etmək hüququ var…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 236
Teqlər
Paylaş

logo