F.Alonso yeni şirkət qurub

Gənc sürücülərə karyeralarında dəstək olmaq məqsədi ilə yaradılan şirkət A14 Management adlanır. Artıq buraya üzv olacaq ilk sürücülərin adları da bəllidir.

F-1.az bildirir ki, indiyə qədər onsuz da kartinq məktəbinə sahib olan ikiqat dünya çempionu artıq gənc sürücülərin inkişaf yolunda onlara daha çox dəstək olmaq niyyətindədir. Yeni şirkət kartinq məktəbi ilə əlaqəli fəaliyyət göstərəcək.

Daha iki şəxs də bu biznesdə Fernandonun tərəfdaşı olub. Onlardan biri 90-cı illərdə Alonso ilə kartinqdə yarışanAlbert Reskolsa, digəri isə onun özünün də meneceri və dostu olan Alberto Fernandesdir.

Şirkətə üzv olan ilk sürücülər isə bu il MP Motorsport komandası ilə F2-də yarışacaq Klement Novalak və İspaniya F4 seriyasına keçən kartinq sürücüsü bolqarıstanlı Nikola Tsolovdur.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*