F.Alonso: Rəqibi izləmək asandır

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, son sessiyaya qaldığı üçün sevinir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk sıralanma turunda 8-ci yeri tutub və komanda yoldaşı Okonu qabaqlayıb.

Fernando Alonso: “Xoşbəxtəm, çünki qış testlərindən sonra harada olduğumuzu bilmirdim. Pis surprizlər ola bilərdi. Hər iki bolidimiz də onluq uğrunda mübarizə apara bilir və bu, gözəl haldır. Alpine komandasının qışda gördüyü işlərin yaxşı olduğu üzə çıxdı. Ancaq inkişaf etməliyik. Daha çox işləyib, poula yaxın olmalıyıq.

Artıq öndəki bolidi izləmək daha asandır. Təkərlər əsas faktor olacaqlar. Yeyilmə çox olacaq. Rəqibi çox yaxında izləmək təkərlərə zərər verəcək. İlk dövrələr maraqlı olacaq, çünki ağır maşınlarla yaxından izləmə edəcəyik. Ümid edirəm ki, təmiz yarış olar və dərslər çıxararıq”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*