F.Alonso Almaniyadan yüksək nəticə gözləmir

Hunqarorinqdə mükəmməl performans göstərərək 7-ci olan Fernando Alonso bildirib ki, eyni uğuru Hokkenhaymda təkrarlamaq çətin olacaq...

F-1.az xatırladır ki, Hunqarorinq trası mühərriyə tələbkar tras deyildi və buna görə də McLaren-i Almaniyada çətin yarış gözləyir. Fernando Alonso bildirib ki, burada rəqabətədavamlı olmaq çətin olacaq: “Hokkenhaym olduqca yüksək yerə yatma qüvvəsi tələb edən trasdır. Mühərriyə tələbkar olan uzun düzlüklərdən sonra yavaş döngələr var. Bura bizim üçün əlverişli traslardan deyil. Bu cür traslarda güclü bolidlə yarışmaq istəyərsiniz. Biz də bu yöndə addımlar atırıq.

Buradakı yarış Macarıstandakı yarışdan fərqli olacaq. Burada ən yaxşı 4-cü komanda olmağı gözləyə bilmərik. Boliddən maksimumu almağa çalışacayıq. Amma orta qrup üçün güclü komandalar ola bilər.

Hokkenhaymda yenidən yarışacağım üçün xoşbəxtəm. Bura sevdiyim traslardandır. Burada gözəl xatirələrim var. Mövsümün ilk yarısında komanda əla işlədi. Bolidi yaxşı təkmilləşdirdik. Ümid edirəm ki, iki bolidi də finişə gətirərək, yaxşı nəticələr qazanarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*