F.Alonso əfsanəvi sürücülər arasına qoşulmaq istəyir

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Mixael Şumaxerin rekordlarını keçmək artıq çətin məsələdir və buna görə də özünü əsl yarışçı kimi hiss etmək üçün İndy500-də yarışmaq istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2005-ci və 2006-cı illərdə Şumaxerlə mübarizə apararaq Dünya Çempionu titulunu qazanmışdı. Amma Alonso bundan sonra bir neçə dəfə cəhd etsə də, 3-cü Dünya Çempionu titulunu qazana bilməyib.

Fernando Alonso: “Keçmişə baxanda görürəm ki, ən yaxşı sürücülər ən yaxşı seriyalarda bir-birilə mübarizə aparıblar. Hazırda İndy500 və 24 saatlıq Le Man marafonu dünyanın ən nüfuzlu seriyalarındandır və mən də hər ikisində qalib gələrək gözəl bir uğura imza atmaq istəyirəm. Bu iki seriyada qalib gəlmək karyeram üçün ən çətini olacaq. Təbii ki, Formula1 mükəmməldir və burada 8 qat Dünya Çempionu olub Şumaxerin uğurunu üstələmək istərdim, amma artıq çox çətindir. Özümü güclü hesab etmək üçün bu iki seriyanı qazanmalıyam. Bu təcrübəni yaşamaq mənim üçün əyləncəli olacaq. Məqsədim qalib gəlməkdir və bunun üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*