F.Alonso növbəti dəfə cərimələnib

Alpine komandasının sürücüsü Fernando Alonso yarışdan sonra 5 saniyə zaman cəzası alıb.

F-1.az bildirir ki, Fernando Alonso dünən yarışın finişindən sonra daha bir cərimə alıb. İspaniyalı sürücü döngəni kəsərək üstünlük qazanıb və ötmədən sonra yerini sürücüyə qaytarmadığı üçün yekun nəticəsinin üzərinə + 5 saniyə əlavə olunub.

Ona görə də bu cərimədən sonra ikiqat dünya çempionu xal zonasından düşüb – Aleks Əlbon 9-cu yerə, Ləns Stroll isə 10-cu yerə yükəsliblər…

Bundan başqa Fernando Alonsonun lisenziyasına 1 cərimə balı yazılıb. Beləliklə, 40 yaşlı pilotun cəza ballı 5-ə yüksəlib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*