15 Noyabr 2019, Cümə - 15:06

F.Alonso: “2017-ci il hədəfim çempionluqdur”

F.Alonso: “2017-ci il hədəfim çempionluqdur”

Müəllif: Rauf Hacıyev, redaktor

14:12 - 20 İyul, 2016

Fernando Alonso komandasının podium mübarizəsi belə verə bilməməyinə baxmayaraq bildirib ki, onların 2017-ci ildəki əsas hədəfi çempionluqdur..

F-1.az xatırladır ki, Alonso demək olar ki, hər açıqlamasında McLaren və Honda ortaqlığının uğurunun vaxt tələb etdiyini deyir və əlavə edir ki, komanda güclü inkişaf edib. Alonso qısa müddət ərzində qələbə qazanmağın qeyri-mümkün olduğunu, amma 2017-ci ildə çempionluq hədəfləri olduğunu bildirib: “Gələn il Dünya Çempionu olmaq istəyirəm. Bu, bir az qəribə səslənə bilər, ancaq hədəfimiz budur. Ön sıralar üçün mübarizə aparmaq istəyirəm. Ancaq vəziyyətdən xəbərdaram və gələcəkdə daha yaxşı nəticələrin bizi gözlədiyini bilirəm. Bu, inkişaf edən layihədir”.

Alonso çətin keçən 2015-ci ildən çox şey öyrəndiyini deyib: “Keçən il çətin keçdi. Trasda test edərək həll edə biləcəyimiz problemlərimiz var idi. Bu il isə işlər qaydasındadır. Son 12 ay ərzində ən çox inkişaf edən komandayıq. Digər istehsalçılar 36 aydır işləyirlər və bunun yarısı qədər işləyib qalib gəlmək heç də asan deyil. Dözümlülüyü təkmilləşdirdik. Amma performansımız hələ də pisdir. Sonrakı il daha güclü olacayıq və həmişə güclü olacağımıza əminəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 309
Teqlər ,
Paylaş

logo