Stroll Alonsoya “sataşıb”

Karyerası boyu yüksək pilotajlığı qədər səhv komanda seçimləri ilə də gündəmi zəbt edən Fernando Alonso deyəsən bu dəfə düzgün vaxtda düzgün ünvandadır.

F-1.az bildirir ki, Bəhreyndəki mövsümün ilk yarışını podiumda tamamlayan ikiqat dünya çempionuna Ləns maraqlı sual ünvanlayıb: “Alpine-da olmadığın üçün sevinirsən?”

Fernandonun ona cavabı isə sadəcə gülümsəmədən ibarət olub.

Xatırladaq ki, Alonso yarışı 3-cü, qolundan aldığı zədədən sonra bu həftəsonu sükan arxasına qayıdan Stroll isə 6-cı yerdə başa vurub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*