D.Hill: Stroll Alonsonun karyerasını bitirməlidir

Sabiq Formula1 sürücüsü Deymon Hill bildirib ki, Ləns Stroll özünü isbatlamaq üçün Fernando Alonsonun karyerasını bitirməlidir.

F-1.az xatırladır ki, kanadalı sürücü bu il Alonso ilə komanda yoldaşı olsa da, ilk 3 yarışda ispaniyalı pilotun tempinə cavab verə bilməyib. Stroll 41 yaşlı komanda yoldaşından həm sıralanma turunda, həm də yarışda geridə qalıb.

Deymon Hill: “Strollun əsas hədəfi Alonsonun karyerasını bitirmək olmalıdır. Bu qəddarca səslənsə də. Rassell də Həmiltona qarşı bunu edir. Niko Hülkenberq də Kevin Maqnussenlə mübarizədə bunu etməyə çalışır. Özünüzü o komandanın bir nömrəsi və kralı kimi qəbul etdirməlisiniz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*