Ərəblər Formula1-i alırlar?

İsveçrə mətbuatının yazdığı xəbərə görə ərəblər Formula1-i satın almaq istəyirlər.

 

F-1.az xatırladır ki, Liberty Media 2016-cı ildə Formula1-i satın almışdı. Lakin amerikanlar xəyal etdikləri əksər şeyləri reallaşdıra bilmədilər. Azarkeşlər də onların strategiyasını bəyənmədi.

Səudiyyə Ərəbistənı son illərdə idmana böyük yatırımlar edir. İndiyə kimi Formula E, RoC, Dakar yarışlarını təşkil ediblər. İlin sonunda isə birinci Səudiyyə Ərəbistanı Qran Prisi keçirilməlidir.

Xəbərdə deyilir ki, ərəblər tezliklə Formula1-i Liberty Media-dan alacaqlar və təqvimdə ərəb ölkələrinin sayı artacaq: “Artıq Asiyada daha çox yarış ola bilər. Çünki Səudiyyə Ərəbistanı tezliklə Formula1-i Liberty-dən alacaq.

Gözlənildiyi kimi Çeyz Keri vəzifəsindən ayrıldı. Amerikalıların milyard dollarlıq oyuncaqlara maraqları qalmayıb. Ərəblər də çamadanları ilə qapıra gözləyirlər. Komandalar və təşkilatçılar artıq diqqətli olmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*