Ekklstoun hesab edir ki, büdcə limitini artırmaq olar

Formula1-in kommersiya başçısı Berni Ekklstoun bildirib ki, keçən həftə FİA-nın Ümumdünya Şurasının təyin etdiyi büdcənin 40 milyon funtla məhdudlaşdırılması gələcəkdə […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun bildirib ki, keçən həftə FİA-nın Ümumdünya Şurasının təyin etdiyi büdcənin 40 milyon funtla məhdudlaşdırılması gələcəkdə artırıla da bilər – bunun üçün bütün komandaların 2010-cu ildə texniki reqlmanetin vahid variantına tabe olmaları barədə razılaşmaları gərəkdir…

Berni Ekklstoun: “Hamı büdcənin məhdudlaşdırılmasının lehinədir, hətta Ferrari də, əgər bütün komandalar razılığa gəlsələr, onda bizim belə bir imkanımız var. Amma limitin səviyyəsi bəzi komandaları narahat edir, daha bir narahatlıq isə Formula1-də iki sinif maşınların yarışmasıdır. Amma bu əsaslı problem deyil, biz bu problemləri həll edə bilərik.”

Ekspertlər hesab edirlər ki, yaxın vaxtlarda Ekklstoun FİA prezidenti Maks Mosli və komandalarla razılığa gəlməyə çalışaacq ki, maliyyə limitinin səviyyəsi xeyli artırırlsın, məsələn 60 milyon funta kimi, bəlkə də daha çox. Bundan sonra məsrəf xərclərini tədricən azaltmaq olar və 2012-ci ildə əvvəldən nəzərdə tutulmuş 40 milyon funt səviyyəsinə çatdırmaq olar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*