E.Lappi mübarizəni dayandırıb

Safari Rallisinin 11-ci etapında texniki problem yaşayan Hyundai sürücüsü Esapekka Lappi mübarizəni dayandırıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü karyerasının ən yaxşı rallilərindən birini keçirirdi. O, üçüncü etapda qalib gəlmiş, dördüncü etapda isə vaxt itirərək, qələbə uğrunda mübarizədən qopmuşdu.

Lakin 32 yaşlı sürücü şənbə gününə yaxşı başlamış və Elfin Evansın yaşadığı problemdən istifadə edərək, 3-cü yerə yüksəlmişdi. Onun hədəfi qələb uğrunda mübarizəyə qoşulmaq idi.

Ancaq sən saydığını say, gör fələk nə sayır… O, 11-ci etapın son 8 kilometrində problem yaşayaraq, mübarizəni dayandırıb. Esapekkanın dayanma səbəbi hələ məlum deyil. Onun ötürmələr qutusuna görə dayandığl ehtimal olunur.

Lappinin mübarizəni dayndırması ilə Toyota ilk fördlüyə oturub. Elfin Evans yenidən üçüncü yerə qayıdıb. Keçən il Safarıda podium qazanmış Takamoto Katsuta isə 4-cülüyə yüksəlib.

Rallinin lideri Sebastyen Ojye isə Kalle Rovanpera ilə fərqi yenidən 28.5 saniyəyə qaldırıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*