Dani Sordo Sardiniyada da yarışacaq

Hyundai komandası gələn ay Sardiniya Rallisində sükan arxasına Dani Sordonun keçəcəyini təsdiqləyib.

F-1.az xatırladır ki, Hyundai komandası Kreyq Brinin vəfatından sonra üçüncü maşın barədə açıqlama verməmişdi. Lakin Koreya istehsalçısı səssizliyini pozub və üçüncü maşına barədə açıqlama yayıb. Belə ki, Dani Sordo iyun ayında Sardiniya Rallisində kokpitə keçəcək. Lakin digər 7 rallidə kimin çıxış edəcəyi hələ bilinmir.

Qeyd edək ki, ispaniyalı sürücü karyerası ərzində qazandığı üç rallidən ikisini məhz Sardiniyada əldə edib.

Xatırladaq ki, Toyota komandasından Sebastyan Ojye də Sardiniyada yenidən sükan arxasına qayıdacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*