T.Növill: Qorxmuruq

Hyundai komandasının sürücüü Terri Növill bildirib ki, Monte Karlodakı fərqə görə narahat deyil.

F-1.az xatırladır ki, belçikalı sürücü Monte Karloda üçüncü olsa da, yarışın qalibi Ojyedən 45 saniyə geridə qalıb.

Terri Növill: “Onlardan qorxmuruq. Keçən il İspaniyada onlardan 40 saniyə geridə qalsaq da, bir neçə həftə sonra Yaponiyada qabaqda idik və bir dəqiqəlik fərq açmışdıq.

Sözün düzü, hava şəraitinə görə maşının sazlanmasını tapa bilmədik. Buna görə də istədiyimiz tempi tuta bilmədik. Narahat olmağa dəyməz. Görməli işlərimiz var. Ralliyə bir gün test edərək çıxmışdıq. Lakin asfalt rallisində yarışdıq.Çox sürətli olmasaq da, yavaş da deyildik. Panikaya ehtiyac yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*