T.Növyill: Tanımadığımız çox yer var

Hyundai komandasının sürücüsü Tyerri Növill bildirib ki, Safari Rallisində tanımadığı çox şey var.

F-1.az xatırladır ki, Safari Rallisində şiddətli yağış gözlənilir və buna görəd əksər sürücülər üçün ən çətin rallilərdən biri ola bilər. 19 etaplıq rallidə əksər etaplar keçənilki ilə eyni olsa da, bəzi etaplarda vacib dəyişikliklər var. Bu da o deməkdir ki, sürücülər yaxşı hazırlaşmalı və yeni yol qeydləri hazırlamalıdırlar.

Tyerri Növill: “Eaplar keçən ilə nisbətən çox dəyişib. Artıq etaplarda tanımadığımız çox şey var. Fərqli etap kimi hiss etidirir. Çəmənlər çox yüksəkdir və yollar bütün çəmənlikdir. Bəzi əngəlli hissələr daha da sərtləşib. Bəziləri isə yox olub gedib. Buna görə də zonanı kəşf etmək çox çətindir. Yol qeydləri əlimizdə olsa da, çox dəyişiklik etməli olduq”.

Qeyd edək ki, belçikalı sürücü son ralli olan Sardiniyada qalib gəlib və çempionatda ikinci yerə yüksəlib. Əgər Tyerri Kenyada da qalib gəlsə, titul uğrunda əsas namizədlərdən birinə çevrilə bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*