E.Cordan: Şumaxeri görməyimizə icazə vermədilər

Sabiq komanda rəhbəri Eddi Cordan bildirib ki, Şumaxerin yanına getmək istəsə də, alınmayıb.

F-1.az xatırladır ki, almaniyalı əfsanə 2013-cü ildə dağ kurortunda xizək sürərkən qəza etmiş və komaya düşmüşdü. Yeddiqat Dünya Çempionu daha sonra komadan çıxmış və bərpa müddətinə başlamışdı. Bəzi söz-söhbətlərə görə Mixael artıq iflic olub və danışa bilmir.

Şumaxer ailəsi də sabiq meneceri Vili Veber başda olmaqla əksər adamları əfsanəvi sürücünün yanına buraxmırlar.

Eddi Cordan: “Korina əvvəl sabiq sürücümüz Frentsenin sevgilisi idi. Daha sonra Mixaellə evləndi. Buna görə də əlaqəmiz var idi və ona zəng edib dedim ki, Mixaellə görməyə gələ bilərikmi? O da mənfi cavab verdi. Ailəsindən başqa heç kimin onu görməyinə icazə vermirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*