D.Rikkardo RB12-dən razıdır (video)

Red Bull-un sürücüsü testlərin 2-ci günündə 112 dövrə vurub və UltraSoft təkərlərlə göstərdiyi nəticə ilə (1:23.525) Sebastyan Fetteldən sonra 2-ci olub.

F-1.az xəbər verir ki, avstraliyalı pilot maşından olduqca razı görünür.

Daniel Rikkardo: “Əla gün keçirdik. Biz həmişə intensiv proqramla işləyirik. Bugünkü proqrama yeni hissələri yoxlamaq da daxil idi. Biz buna nail olduq. Heç bir problemlə qarşılaşmadan 100-dən çox dövrə vurduq. Eyni zamanda, demək olar ki, bütün təkər növlərini test etdik. İndi isə nəticələri dəyərləndirməliyik.

İlk 2 gün mənim fikrimcə, yaxşı keçdi. Növbəti testlər və Melbrundakı mövsümün ilk yarışı üçün səbrsizlənirəm. Önümüzdəki növbəti 2 test günündən də yaxşı istifadə etməliyik”.

Qeyd edək ki, RB12-ni növbəti 2 test günündə Daniil Kvyat idarə edəcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*