12 Dekabr 2018, Çərşənbə - 18:15

D.Rikkardo bolidin balansından narazıdır

D.Rikkardo bolidin balansından narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

16:48 - 15 Aprel, 2016

Daniel Rikkardo bildirib ki, əgər onlar bolidin balansı ilə bağlı problemlərini həll etsələr, qələbə üçün mübarizə apara bilərlər…

F-1.az xatırldadır ki, avstraliyalı sürücü cümə gününü 5-ci yerdə tamamlayıb, amma birinci yeri tutan Rəykkönendən 1.2 saniyə geri qalıb.

Rikkardo sərbəst yürüşlərdən sonra bildirib ki, komanda boliddəki balans problemini həll etməlidir: “Düşünürəm ki, sürücülərin çoxunun balansla bağlı problemləri var, çünki biz bir az rəqabətədavamlı görsənirdik.

Bu gün bəzi sürücülərin yerlərində fırlandıqlarını gördük. Bundan başqa, küləyin də təsiri oldu. Yarış tempində performansımız daha yaxşıdır və Medium təkərlərlə pis getmirik.

Dövrə zamanlarına baxsaq, bundan razı qala bilərik. Öndəki qrupa yaxın olduğumuz üçün məmnunam, amma bolidin balansını inkişaf etdirə bilərik. Əgər biz qovduğumuzu tuta bilsək, öndəkilərə bir az da yaxın ola bilərik”.

Bundan başqa Rikkardo qeyd edib ki, yağış onlara kömək etməyəcək….


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər ,
Paylaş

logo