D.Kvyat: “Daha artığını edə bilərik…”

Renault ilə yenidən müqavilə uzadan Red Bull-un bu mövsüm o qədər də güclü olmayacağı gözlənilir. Amma komanda ilk testlərdə pis təsir bağışlamadı.

F-1.az xəbər verir ki, testlərin son gününü 96 dövrə vuraraq 2-ci yerdə tamamlayan komandanın rusiyalı pilotu Daniil Kvyat daha yaxşı nəticələr göstərə biləcəklərini düşünür: “Testlər mənim üçün yaxşı keçdi. Xeyli dövrə vurduq. Önümüzdəki həftə daha 2 gün işləyəcəm. Testlərdə çatışmazlıqları həll edə bilərik. Melbrundakı yarışa qədər hər şeyi daha yaxşı vəziyyətə gətirməliyik. Növbəti həftəni səbrsizliklə gözləyirəm”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*