D.Kulthard: “Leklerin işi Fettelinkindən asandır”

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Ferrari komandasında Leklerin işi Fettelə nisbətən çox asandır.

F-1.az xatırladır ki, monakolu sürücü bu il Dördqat Dünya Çempionu Fetteldən daha yaxşı performans göstərir. Lekler 5 yarışdan sonra almaniyalı sürücüdən cəmi 15 xal geridə qalır.

Devid Kulthard: “Şarl işini görür. Daha sürətlə getmək istəyir və boşluq görən kimi özünü oraya salır. Sebastyanın isə bir hədəfi var – Ferrari-ni qələbələr qazanan komandaya çevirmək. Yəni ki, komandada iki fərqli təzyiq növü var. Seb qalib gəlməlidir. Başqa nəticə ürəkaçan olmayacaq. Şarl üçün isə işlər daha asandır. Gözəl karyera üçün Dördqat Dünya Çempionu olan Fetteli məğlub etməlidir.

Sebastyan keçən il Kimi ilə olanda təzyiq altında deyildi. Ferrari Kimi ilə davam edə bilərdi, lakin Şarl komandaya emosiyanallıq gətirir. Ferrari-nin tarixində bu var. Hamımız komanda yoldaşları arasında gərgin mübarizə görmək istəyirik. Senna və Prost, Lyuis və Niko kimi. İndi də bu mübarizəni Şarl və Seb arasında olmasını arzu edirik.

Bu mövsüm Red Bull-da Maks Ferstappenin üzərində təzyiq yoxdur. Pyer Qasli hələ də güclü deyil. Bu isə pis haldır. Təbii ki, Sebastyan cavanlaşmır, amma o, hələ də mükəmməl çempiondur. Hələ də sürətlidir. Şarl hazırda Maksla bir yerdə Formula1-in gələcəyi sayılsa da, Sebastyandan zəifdir. Çünki Sebastyanın üzərində təzyiq var. Çempion olmalıdır. Şarl isə yaxşı performans göstərsə də, bəs edir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*