11 Dekabr 2018, Çərşənbə axşamı - 00:06

C.Haas: “Formula1-də ağlağan adamlar çoxdur”

C.Haas: “Formula1-də ağlağan adamlar çoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

15:16 - 15 Aprel, 2016

Haas komandasının rəhbəri Cin Haas onlara ünvanlanan tənqidlərə cavab verib və Formula1-də ağlağan insanların çox olduğunu deyib…

F-1.az xatırladır ki, Haas komandası mövsümün ilk iki yarışında 18 xal toplayıb. Rəqiblər isə onları Ferrari-nin hesabına uğur qazandıqları üçün tənqid edirlər.

Cin Haas: “Formula1-də bizim uğurlarımız barədə danışan ağlağan insanlar var, amma biz burada sadəcə sizinlə yarışırıq.

Bir sürücü apeksə necə düşmək lazım olduğunu öyrənəndə və ya bir neçə döngəni yaxşı dönərək, rəqiblərini məğlub edəndə ona ağıllı deyirik.

Biz də yarışçılar kimiyik. Buradakı mübarizəni gördük və bu üsuldan istifadə edib, yarışmağa başladıq. Biz əvvəldən dedik ki, bunu edə bilərik.

Niyə şikayət etdiklərini anlamıram. Onlarla eyni seriyada yarışırıq. Bunu başa düşmürlərsə, problem onlardadır.

Biz bunu başa düşməliyik ki, bu seriyada iki istehsalçı var. Onlar Ferrari və Mercedes-dir.

Onlar öz bolidlərini, mühərriklərini, və detalların çoxunu özləri dizayn edirlər. Qalanları isə mühərriklərini və vacib detallarını başqalarından alırlar.

Ona görə də qalan 9 komandanın bünövrəsi bizimki kimidir. Düzdür, bizim aldıqlarımız onlarınkından çox ola bilər, amma onlar da mühərrik kimi vacib detalları başqalarından alırlar.

Biz mühərrik və ötürmələr qutusunu başqa komandadan alırıq. Sözün düzü, belə yanaşma bizi məyus edir.

Biz Formula1-ə gələndə qaydalarda 5 il geridən başlamalısınız maddəsinə rast gəlmədik. Ona görə də belə şeyi rədd edirik.

Əslində, biz bura gələndə Formula1 önümüzə əngəllər çıxartdı. Berni bizim uğur qazanacağımıza inanmırdı və biz burada olmaq üçün 20 milyon dollar ödədik. Biz çox maneələrə rast gəldik.

Amma hazırda biz buradayıq, bəli buradayıq. Getmirik və buna öyrəşsələr yaxşı olar. İnsanlar bunu sevmirlərsə, bu, onların öz problemidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 327
Teqlər ,
Paylaş

logo