22 Avqust 2019, Cümə axşamı - 19:43

C.Batton 300-cü yarışına çıxır (fotolar)

C.Batton 300-cü yarışına çıxır (fotolar)

Müəllif: Elçin Zodorov, redaktor

18:06 - 30 Sentyabr, 2016

F-1.az xatırladır ki, Formula1 tarixində 300-dən çox yarışa çıxmış cəmi 2 sürücü var – Rubens Barikello və əfsanəvi Mixael Şumaxer. Rubens 322, Mixael isə 306 dəfə start alıblar. Censon Batton da Malayziya Qran Prisində “300-lər klubu”-na qoşulacaq.

Hazırda peletonun ən təcrübəli sürücüsü olan və gələn il yarışmayacağını, lakin McLaren Honda-da fəaliyyətini davam etdirəcəyini açıqlayan Censon Batton Formula1-də ilk yarışına 2000-ci ildə Avstraliyada çıxıb. Karyerası boyunca Williams, Benetton, Renault, BAR, Honda və Brawn GP kimi komandalarda çıxış edən britaniyalı 2010-cu ildən etibarən McLaren-in uğurları üçün çalışır. İndiyə qədər çıxdığı 299 yarışda 15 qələbə qazanan Censon 50 dəfə podiuma yüksəlib. Səkkiz yarışa pouldan başlayan Censonun aktivində eyni sayda sürətli dövrə var.

İlk dəfə 2006-cı ildə keçirilmiş unudulmaz Macarıstan Qran Prisində qalib gələn Battonun sonuncu qələbəsindən 4 ilə yaxın vaxt keçir. 2012-ci ildə Braziliya Qran Prisində qazanılan qələbə eyni zamanda McLaren komandasının da hələ ki, son qələbəsidir.

Onun karyerasının ən uğurlu dönəmi, şübhəsiz ki, 2009-cu ilə təsadüf edir. Formula1-də cəmi bir mövsüm keçirmiş Brawn GP-də yarışan Censon Batton həmin mövsümü çempion kimi başa vurmuşdu.

Bu mövsüm hər hansı bir problemlə üzləşmədən qalan bütün yarışlarda start alacağı təqdirdə, onun aktivində 305 start olacaq və Şumaxerə çatmaq üçün cəmi bir yarış qalacaq. Lakin Batton Formula1-də bir daha yarışmayacağını demir. Əksinə, onun komanda ilə bağladığı yeni müqaviləsində 2018-ci ildə yenidən yarışa biləcəyi ilə bağlı bir bənd var. Əgər bu reallaşarsa, biz 2 il sonra Battonun 2009-cü ildə komanda yoldaşı olmuş Barikellonu keçəcəyini görə bilərik…

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 527
Teqlər , , ,
Paylaş

logo