B.Senna 2010-cu ilə qədər gözləməyə hazırdır

Bu il Bruno Senna Formula1-də debüt edə bilmədi, amma braziliyalı sürücü hesab edir ki, bu il komandalardan hər hansı birində […]

Bu il Bruno Senna Formula1-də debüt edə bilmədi, amma braziliyalı sürücü hesab edir ki, bu il komandalardan hər hansı birində yer boşalsa belə gələn ili gözləmək daha yaxşıdır. Ayrton Sennanın bacısı oğlu testlərdə özünü pis göstərməmişdi, Honda keçən ilin sonunda onu testlərə dəvət edəndə çoxları hesab etmişdilər ki, onun debütü vaxtın işidir. Amma Ross Braun yapon şirkətinin çempionatı tərk etməsindən sonra yeni komandaya daha təcrübəli Rubens Barrikellonu çağırdı.

Bruno Senna: “Bu əla imkan idi, axı rəqabət çox artıb, testlər isə qadağan olunub. Sadəcə risk dərəcəsini qiymətləndirmək lazımdır. Əgər komandanın bazasında əla kompyuter simulyatoru varsa, onda hər şey mümkündür. Amma əgər mənim maşınla tanışlığım cümə günü olacaqsa, bu yaxşı fikir deyil. Ona görə də mən 2010-cu ili gözləməyə üstünlük verirəm.”

Bu həftə Bruno Senna əfsanəvi “Lə Manın 24 saatı” marafonunun startına çıxacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*