22 Avqust 2019, Cümə axşamı - 06:51

Britaniya-2016: İkinci sərbəst yürüşlər

Britaniya-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:49 - 08 İyul, 2016

Nahardan sonra hava yaxşılaşıb, buludlar kənara çəkiliblər, günəş avtodromu qızdırmağa başlayıb, amma külək güclənib. Komandalar ənənəvi olaraq təkərlərin effektivliyini dəyərləndirmək üzrə işlərini davam etdiriblər.

F-1.az bildirir ki, Niko Rosberq sessiyanın əvvəlində trasa çıxa bilməyib – maşında maye sızıntısı olduğu üçün mexaniklər motoru sökməli olublar. Maşın tam yığılıb və Niko sükan arxasına keçib, amma problem həll olunmayıb, ona görə də Niko ikinci məşqlərdə bir dövrə belə vura bilməyib.

Censon Batton da ilk dövrələr seriyasından sonra maşını mexaniklərə verməli olub – bu dəfə mexaniklər britaniyalı sürücünü trasa qaytara biliblər. Daniil Kvyat yerində fırlandıqdan sonra ön antiqanadı porebriklərdə zədələyib, trasa qayıtdıqdan sonra isə mühəndislərə güclü külək üzündən idarəetmənin çətinliyindən gileylənib. Rəykkönen və Hülkenberq trasdan kənara səyahət etsələr də, maşınlar zədələnməyiblər.

Səhər olduğu kimi, protokollara Lyuis Həmilton başçılıq edib – 1:31.660. Sabah məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:31.66035
23Daniel RikkardoRed Bull1:32.051+ 0:00.39130
333Maks FerstappenRed Bull1:32.286+ 0:00.62635
45Sebastyan FettelFerrari1:32.570+ 0:00.91039
57Kimi RəykkönenFerrari1:32.736+ 0:01.07637
614Fernando AlonsoMcLaren1:33.040+ 0:01.38031
777Valtteri BottasWilliams1:33.493+ 0:01.83337
88Roman QrojanHaas1:33.614+ 0:01.95431
922Censon BattonMcLaren1:33.763+ 0:02.10319
1019Felipe MassaWilliams1:33.801+ 0:02.14129
1155Karlos SaynsToro Rosso1:33.840+ 0:02.18026
1221Esteban QutyerresHaas1:34.000+ 0:02.34031
1326Daniil KvyatToro Rosso1:34.139+ 0:02.47935
1412Felipe NasrSauber1:34.154+ 0:02.49424
1527Niko HülkenberqForce İndia1:34.321+ 0:02.66135
1611Serxio PeresForce İndia1:34.356+ 0:02.69636
1794Paskal VerlyaynManor1:34.549+ 0:02.88939
1830Colion PalmerRenault1:34.610+ 0:02.95040
199Markus ErikssonSauber1:34.722+ 0:03.06235
2020Kevin MaqnussenRenault1:34.959+ 0:03.29940
2188Rio HaryantoManor1:35.841+ 0:04.18135
226Niko RosberqMercedes AMG

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 399
Teqlər , , , ,
Paylaş

logo