Belçika-2021: Üçüncü sərbəst yürüşlər

Bu gün səhərdən başlayan yağış Formula3 yarışının 1 saat gecikməsinə səbəb olub. Bu sessiyanın əvvəlinə trasın vəziyyəti düzəlib.

F-1.az bildirir ki, Haas sürücüləri ilk dövrəni yağış təkərləri ilə vursalar da, digər komandalar kimi, keçid təkərləri işləməyə davam ediblər. Həftəsonu boyunca dəyişkən hava davam edəcəyindən, sürücülər həm az, həm də çox asfaltayatma qüvvəsi ilə sazlanmaları sınaqdan keçiriblər.

Tras getdikcə quruyub, lakin səhvlər də az olmayıb. Mazepin 80-ci, Bottas, Alonso və Həmilton 5-ci döngədə trasdan çıxıblar, Qasli isə 14-cü döngədə yerində fırlanıb. Əyləclərdən şikayət edən Rəykkönen boksa gəlib və daha trasa qayıtmayıb. Norris sliklərlə sürməyə cəhd etsə də, tras çox sürüşkən olub və boksa qayıdıb.

Porotkollara yenə Maks Ferstappen başçılıq edib – 1:56.924. Bizi gərgin sıralanma turu gözləyir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:56.924 10
2 11 Serxio Peres Red Bull 1:57.871 + 0:00.947 7
3 44 Lyuis Həmilton Mercedes AMG 1:57.996 + 0:01.072 9
4 4 Lando Norris McLaren 1:58.509 + 0:01.585 11
5 31 Esteban Okon Alpine 1:58.913 + 0:01.989 15
6 18 Ləns Stroll Aston Martin 1:59.205 + 0:02.281 16
7 10 Pyer Qasli AlphaTauri 1:59.324 + 0:02.400 14
8 5 Sebastyan Fettel Aston Martin 1:59.436 + 0:02.512 15
9 63 Corc Rassell Williams 1:59.492 + 0:02.568 9
10 14 Fernando Alonso Alpine 1:59.613 + 0:02.689 16
11 77 Valtteri Bottas Mercedes AMG 1:59.808 + 0:02.884 14
12 6 Nikolas Latifi Williams 1:59.981 + 0:03.057 11
13 3 Daniel Rikkardo McLaren 2:00.456 + 0:03.532 13
14 55 Karlos Sayns Ferrari 2:00.749 + 0:03.825 16
15 47 Mik Şumaxer Haas 2:01.269 + 0:04.345 18
16 16 Şarl Lekler Ferrari 2:01.370 + 0:04.446 14
17 22 Yuki Tsunoda AlphaTauri 2:01.510 + 0:04.586 20
18 99 Antonio Covinatsi Alfa Romeo 2:01.512 + 0:04.588 20
19 9 Nikita Mazepin Haas 2:01.792 + 0:04.868 18
20 20 Kimi Rəykkönen Alfa Romeo 2:04.382 + 0:07.458 3
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*