Belçika-2017: Həftəsonuna hava proqnozu

Həftəsonuna hava proqnozu Belçika Qran Prisi üçün ənənəvi dəyişkən hava vəd edir.

F-1.az Spa avtodromunun rəsmi saytına istinadən bildirir ki, cümə günü göyün üzü buludlu olsa da, hava +25 dərəcəyədək qızacaq, yağışın yağma ehtimalı isə 25% olacaq. Şənbə günü səhər yağışın yağma ehtimalı yüksəkdir, amma F1 sessiyaları quru olmalıdır, termometrlər +26 dərəcəni göstərəcəklər. Bazar günü isə havanın +22 dərəcəyədək  düşməsi və yağışın yağma ehtimalının 50%-dək artması söylənilir. 

Xatırladaq ki, keçən il Spada bütün sessiyalar quru havada baş tutmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*