B.Ekklstoun: “Portuqaliya Formula1-ə maraq göstərir”

İldən ilə Formula1-də Avropa mərhələlərin sayı azalır, amma boşalmış yerlərə namizəd olan Avropa ölkələrinin sayı da artır. Cersi Qran Prisi […]

İldən ilə Formula1-də Avropa mərhələlərin sayı azalır, amma boşalmış yerlərə namizəd olan Avropa ölkələrinin sayı da artır. Cersi Qran Prisi təxirə salınarkən 21 iyul tarixində keçirilməsi nəzərdə tutulan yarışın yerini tutmağa ən azı üç ölkə can atırdı. Baxmayaraq ki, bu yaxınlarda Berni Ekksltoun demişdi ki, çox güman ki, vakansiya tutulmamış qalacaq, bu gün Avstriyanın Salzburger Nachrichten qəzetinə müsahibəsində heç kimin gözləmədiyi namizədin adını açıqlayıb…

Berni Ekklstoun: “Düzünü desəm, təqvimin son versiyasını bilmirəm. Boşalmış yerə Fransada maraq göstərirdilər, indi isə Portuqaliya həmin tarixlə maraqlanır – onlar təklif edirlər ki, yarış yeni Alqarva trasında keçirilsin. Təqvimdə hələ Almaniya Qran Prisi üçün də yer qalır. Bu Nürburqrinq olmalıdır. Baxaq, görəl təşkilatçılar bütün problemləri həll edə biləcəklər?”

Amma Ekklstoun etiraf edib ki, çox güman ki, 2013-cü ilin çempionatı 20 yarışdan ibarət olmayacaq, çünki komandalar da bunun əleyhinədirlər: “Əgər kimsə istəyir ki, biz 20-ci yarışı keçirək, onda bu yarış yalnız yaxşı trasda baş tuta bilər. Biz hər şeyin təşkilinə kömək edərik. Amma komandalar bu fikirdən razı deyillər. İnanmıram ki, bu mümkün olsun.”

Berni namizədlərin sayının artması fonunda çempionatda da mərhələlərin artması imkanını təkzib edib: “Xeyr, 20 yarış maksimumdur. Avstriyanın Red Bull Ring trasının şansı varmı? Biz buraya böyük məmnuniyyətlə gələrdik, amma Avropada yarışlarımız çoxdur.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*