B.Ekklstoun: “Cari mövsüm Şumaherin dövründən daha maraqlıdır”

Mövsümün 10-cu mərhələsi olan Almaniya Qran Prisi tarxidə ilk dəfə 20 yarışdan ibarət olan mövsümün ilk yarısını tamamlayacaq. Əsas mövzulardan […]

Mövsümün 10-cu mərhələsi olan Almaniya Qran Prisi tarxidə ilk dəfə 20 yarışdan ibarət olan mövsümün ilk yarısını tamamlayacaq. Əsas mövzulardan biri isə top-komandalar arasında yenidən qızışmış gərgin rəqabətdir, məhz buna görə də mövsümün ilk doqquz yarışında yeddi müxtəlif sürücü qələbə qazanıb. Hər bir yarışda qələbəyə namizədlər arasında ənənəvi komandaların sürücləri ilə yanaşı Mercedes AMG, Lotus, Williams və Sauber komandalarının sürücülərini də görürük…

Berni Ekklstoun: “Qələbə qazanmaq şansı olan sürücülərin sayı artıb. Əsrin əvvəlində hələ startdan əvvəl hamı bilirdi ki, qalibin adı Mixael Şumaher olacaq. Bəs bu gün qələbəyə neçə sürücü namizəddir? Mövsümün gedişində neçə dəfə son dövrələrdə liderin dəyişməsini görmüşük?

Silverstounda qələbənin Mark Uebberə çatmasına baxmayaraq, Valensiyada isə digər Red Bull sürücüsü Sebastyan Fettelin böyük üstünlüyə malik olmasına baxmayaraq, çempionatda liderin peyda olmasını söyləmək mümkün deyil. Mənə elə gəlir ki, mövsümün ikinci yarısında bizi daha maraqlı mübarizələr gösləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*