15 Oktyabr 2019, Çərşənbə axşamı - 18:57

B.Ekklstoun: “Böyük Britaniya Qran Prisi toxunulmaz deyil”

B.Ekklstoun: “Böyük Britaniya Qran Prisi toxunulmaz deyil”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:58 - 26 Oktyabr, 2009

Gələn il Britaniya yarışının keçiriləcəyi tras hələ müəyyən olunmayıb. Doninqton Parın sahibləri ciddi maliyyə problemləri ilə üzləşiblər, əgər gələn həftənin […]

Gələn il Britaniya yarışının keçiriləcəyi tras hələ müəyyən olunmayıb. Doninqton Parın sahibləri ciddi maliyyə problemləri ilə üzləşiblər, əgər gələn həftənin çərşənbə axşamına kimi onlar bu problemi həll edə bilməsələr müqavilə pozulacaq, altenativ variant Silverstouna qayıtmaq olardı, amma Daily Express qəzetinə müsahibəsində Berni Ekklstoun bildirib ki, o Britaniya yarışına ehtiyac görmür…

Berni Ekklstoun: “Biz Silverstouna müqavilə təklif etmişik, amma bu müqaviləni imzalamağa onları məcbur etmirik. Bu biznesdir. Onlar bizim səmərəli hesab etdiyimiz müqaviləni alıblar və biz şərtlərimizi dəyişməyə hazır deyilik. Biz Böyük Britaniya Qran Prisi lazımdırmı? Xeyr.

İtaliya yarışını ənənəvi saymaq olar, bu yarış həmişə Monsada keçirilib, Monako yarışı da ənənəvidir, Britaniya və Fransa Qran Priləri üç müxtəlif traslarda keçirilib. Silverstoun müqavilənin dəyərini aşağı salmaqda israr edir, yarışın ənənəvi olmasını bildirir, amma mən bu yarışı belə hesab etmirəm.

Bu yarış toxunulmaz deyil. Mən də özümə yeni təyyarə almaq istəyirəm, amma heç kim mənə bu təyyarəni ucuz qiymətə vermir. Bizdə bu prinsip işləmir. Çox ölkələr Qran Pri keçirmək istəyirlər və Britaniya yarışının üstün olması üzündən biz onlara imtina edə bilmərik. Biz danışıqlar xatirinə yeni danışıqlarda iştirak etmək istəmirik, Silverstounda yarış keçirib pul qazana bilərlər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 363
Teqlər
Paylaş

logo