Barselonada sonuncu testlərin son günü başlayıb…

Barselona yaxınlığındakı Katalunya trasında mövsümöncəsi testlərin son gününə yerli vaxtla saat 9:00-da start verilib. Bir az soyuq olsa da, artıq […]

Barselona yaxınlığındakı Katalunya trasında mövsümöncəsi testlərin son gününə yerli vaxtla saat 9:00-da start verilib. Bir az soyuq olsa da, artıq səmaya günəş qalxıb və hava qızmaqdadır, trasın temperaturu artıq +13 dərəcədir.

Demək olar ki, bütün komandalarda sürücü dəyişikliyi var – yalnız Marussia-da Jül Byanki işini davam etdirəcək, amma nahardan sonra Maks Çiltonun onu əvəz etməsi gözlənilir. Williams komandası da günü Pastor Maldonado və Valtteri Bottas arasında bölüb. Dünən mədə zəhərlənməsi üzündən trasa çıxmayan Kimi Rəykkönen də iş başındadır və Lotus E21-in sükanı araxsında artıq bir dövrə vurub.

Onlardan başqa bu gün trasda Sebastyan Fettel (Red Bull), Fernando Alonso (Ferrari), Censon Batton (McLaren), Niko Rosberq (Mercedes AMG), Niko Hülkenberq (Sauber), Pol di Resta (Force İndia), Daniel Rikkardo (Toro Rosso) və Şarl Pik (Caterham) işləyəcəklər.

Bu gün axşam 12 günlük mövsümöncəsi testlər başa çatacaq və komandalar bir də Avstraliyada bir araya gələcəklər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*