17 Dekabr 2018, Bazar ertəsi - 23:13

B.Ekklstoun: “Sürücülər boş-boş danışırlar”

B.Ekklstoun: “Sürücülər boş-boş danışırlar”

Müəllif: Rauf Hacıyev, redaktor

18:23 - 02 Aprel, 2016

Formula1-in kommersiya başçısı Berni Ekklstoun bildirib ki, sürücülər komanda rəhbərlərlərinin istəyi ilə Formula1-in hazırki idarəçiliyini pisləyirlər.

F-1.az xatırladır ki, Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) keçən həftə Formula1 idarəçiliyini tənqid edən bəyanat yaymışdı. Berni Ekklstoun bildirib ki, Formula1-i dəyişdirimək üçün bu cür məktubların yazılması mənasızdır…

Berni Ekklstoun: “Hamı istədiyini deyə bilər, amma yalnız deyə bilərlər. Reallaşdıra bilməzlər. Onların hərəsinin öz fikri ola bilər. Onsuz da hərə bir söz danışır.

Bu sözləri sürücülər demir. Komandaları onlara dedizdirirlər. Onlara nə deyirlərsə, sürücülər də onu təkrar edirlər”.

Jurnalistlər Ekklstouna “komandalar niyə belə edirlər?” – sualını veriblər: “Pilotlar daha məşhurdurlar. Ona görə də insanlar onlara qulaq asırlar. Mətbuat da onlara qulaq asır. Onlar boşboğazdırlar. Ən azından bəziləri elədir”.

Jurnalistlər Ekklstoundan “hansı pilot boşboğazdır?” – soruşublar: “Hansı çox danışırsa, boşboğaz da odur. Onu deyirəm”.

Ekklstoun bundan başqa sürücülərin Formula1 idarəçilərini tənqid etməsinə və Fettelin dondurma mağazası mövzularına münasibətini bildirib:

Berni Ekklstoun: “Sürücülərin Formula1 idarəçiliyində heç bir söz haqları yoxdur, sadəcə fikirlərini deyə bilərlər.

Fettel bəlkə də haqlıdır, amma onun fikri yarış qazanmaq olmalıdır. O fikirləşməlidir ki, görəsən mən bu həftəsonu qələbə qazana biləcəmmi? Gərək komanda rəhbərindən bunu soruşsun. Amma onlar neçə ildir ki, dondurma mağazası işlədirlər”.

Jurnalistlər Ekklstoundan “sürücülər F1 Komissiyasında həmişəlik iştirak haqqı almalıdırlarmı?” – sualına inkar cavab verib.

Ekklestoun əlavə edib ki, Lyuis Həmiltonun son açıqlaması ona aid deyil: “O, Aleks Vürsün sözlərini təkrar edir. Çünki Lyuis Həmiltonun sərbəst fikir bildirə bilməz. Lyuis ancaq Vürsün sözlərini təkrar edə bilər”. Ekklstoun əlavə edib ki, heç bir idman növündə idmançılar qayda-qanun yaratmır. Formula1-də də bu vəziyyət davam edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 396
Teqlər , , , ,
Paylaş

logo