Azərbaycan-2017: Həftəsonuna hava proqnozu

Bakıda həftəsonuna şiddətli külək, isti və günəşli hava vəd edilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü səma buludsuz olacaq, temperatur +28 dərəcəyə çatacaq, şimal küləyi əsəcək. Şənbə günü də havanın temperaturu eyni olacaq, lakin şimak küləyini cənub-şərq küləyi əvəzləyəcək ki, komandalar bu vəziyyətə uyğunlaşmalı olacaqlar. Yarışın baş tutacağı bazar günü də hava günəşli olacaq, külək isə bir qədər mülayimləşəcək. Termometrlər maksimum +29 dərəcəni göstərəcəklər.

Yağış yalnız cümə axşamı gözlənilir. Xatırladaq ki, keçən il Bakıda bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*