Aston Martin yeni tərəfdaş tapıb

Aston Martin komandası komunikasiya sistemləri üçün Danimarkanın EPOS şirkəti ilə müqavilə bağlayıb.

F-1.az xatırladır ki, Aston Martin daha əvvəl Cognizant-la titul sponsoru kimi anlaşmışdı. Britaniya təmsilçisi indi də növbəti tərəfdaşlarını açıqlayır.

Danimarkalı səs cihazı istehsalçısı EPOS komandanın komunikasiya və səs təchizatları ilə təmin edəcək. Şirkətin loqotiplərinin boliddə olub-olmayacağı müəmmalıdır.

Otmar Safnauer: “EPOS artıq bizim səs və komunikasiya tərəfdaşımızdır. Bunu açıqladığımız üçün qürurluyuq. Onlar bizim üçün faydalı olacaqlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*