Arif Rəhimov: Yarışı vaxtında keçirməyi planlaşdırırıq

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti mövsümə hazırlığın plana müvafiq qaydada getdiyini bildirib.

F-1.az xatırladır ki, bir neçə gün əvvəl FİA rəsmən mövsümün yeni təqvimini təsdiqləyib – yeni təqvimə görə bəzi yarışların tarixi dəyişdirilib: indi mövsüm Avstraliyada deyil, Bəhreyndə start alacaq və bir həftə gec başa çatacaq.

Buna baxmayaraq, Azərbaycan Qran Prisinin təqvimdə tarixi dəyişməz qalıb – dünyanın ən sürətli sürücüləri Bakımızın küçələrində güclərini iyunun ilk həftəsonunda sınayacaqlar. Lakin qərb mətbuatında şəhər yarışlarının – Monako, Bakı və Monrealda baş tutacaq Qran Prilərin pandemiya üzündən təqvimdəki tarixləri şübhəyə alınıb.

BŞH-nin icraçı direktoru Arif Rəhimov saytımıza bildirib ki, yarışı vaxtında keçirməyi planlaşdırırlar.

Arif Rəhimov: “Hazırda ölkədə tətbiq olunan karantinin bitməsini gözləyirik və planlaşdırılan peyvəndləmə də bizim xeyrimizədir. Biz çempionat rəhbərliyi ilə yarışın keçirilməsini mümkün edə biləcək ssenarilər barədə fikir mübadiləsi aparırıq. Əlbəttə, gözəl və yubiley Qran Primizi azarkeşlərin canlı izləmək imkanını da nəzərdən keçiririk”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*