Alfa Romeo və Marelli-nin əməkdaşlığı davam edəcək

Alfa Romeo komandası ehtiyat hissələri və komponentlərin tanınmış tədarükçüsü - Marelli şirkəti ilə müqaviləni uzadıb.

F-1.az xəbər verir ki, şirkətin loqotipi maşının yuxarı hissəsində əks olunacaq.

Alessandro Alunni Bravi: “Biz bir neçə ildir komandamız üçün etibarlı texnologiya tərəfdaşı olan Marelli ilə işləməyə davam etməkdən məmnunuq. Motor idmanında uzun irs, yarış təcrübəsi və döyüşə danılmaz həvəslə xarakterizə edilən Marelli dəyərləri bizimkinə bənzəyir.

Bir neçə ildir ki, onların möhtəşəm məhsullarından istifadə edirik, maşınlarımıza mükəmməl inteqrasiya edirik. Bu mövsüm onlarla işləməyi səbirsizliklə gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*