18 Oktyabr 2017, Çərşənbə - 22:18

Meraya Keri Azərbaycan Qran Prisini yekunlaşdıracaq

Meraya Keri Azərbaycan Qran Prisini yekunlaşdıracaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:16 - 05 May, 2017

Musiqi dünyasının əfsanəvi ulduzu iyunun 25-də Formula1 yarışı başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxacaq.

F-1.az Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə istinadən bildirir ki, mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib Meraya Keri Bakıya toplaşmış avtoidman həvəskarlarına Azərbaycan Qran Prisinin podium mərasimindən sonra dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək.

Karyerasının zirvəsində olduğu bir dövrdə Las Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya təşrif buyuracaq dünya ulduzu Meraya Keri yarış başa çatdıqdan sonra Bakıda ən məşhur mahnılarını ifa edərək Formula1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq. Sahib olduğu beş oktava səs gücü və peşəkar yanaşması ilə Meraya Keri müasir pop müsiqisinə yeni çalarlar gətirib. İfaçı, şair və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə Grammy mükafatına, 21 dəfə Amerika Musiqi Mükafatına, Billboard-ın “Son Onilliyin Ən Yaxşı Müğənnisi” makafatına, “Minilliyin Ən Çox Mahnı Satan Qadın Müğənnisi” adını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə “İkona” Mükafatına layiq görülüb.

Meraya Kerinin mahnıları dünyada hər zaman ən çox dinlənənlər arasında yer alıb və onun verdiyi konsertlərdə hər dəfə tamaşaçılar arena və stadionları ağzınacan doldurublar. Sahib olduğu hərtərəfli istedadı ona dünya miqyasında milyonlarla azarkeş qazandırıb və o, bu özəllikləri ilə musiqi dünyasına mükəmməlliyə dair yeni standartlar gətirən sənətçi kimi tarixdə adını yazdırıb.

Bu il keçirilən Azərbaycan Qran Prisinin sonuncu günündə səhnəyə çıxacaq dünya ulduzunun adının açıqlanmasına BŞH-nin icraçı direktoru Arif Rəhimovun münasibəti belə olub: “Biz musiqi tarixində ən böyuk uğur qazanmış xanım müğənnini Bakıda baş tutan ikinci Formula1 yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Keri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir. Onun ən çox sevilən mahnılarını ifa edəcəyi konsert proqramında iştirak etmək həqiqətən də böyük bir şərəfdir və bu tədbir mövsümün ən möhtəşəm və ən baxımlı Formula1 həftəsonunu ən gözəl şəkildə yekunlaşdıran mükəmməl bir final olacaq. Biz bu tədbiri bütün dünya ilə birlikdə yüksək səviyyədə qeyd etməyə hazırıq və hamını bu yay Bakıda bizimlə birgə olmağa dəvət edirik!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 15. 194
Teqlər , , ,
Paylaş

logo