Y.Zander Brawn GP-dən gedib

Brawn GP komandasının texniki direktorun köməkçisi Yorq Zander vəzifəsini və komandanı tərk edib. Təcrübəli alman mütəxəssis əvvəllər B.A.R, Williams və […]

Brawn GP komandasının texniki direktorun köməkçisi Yorq Zander vəzifəsini və komandanı tərk edib. Təcrübəli alman mütəxəssis əvvəllər B.A.R, Williams və BMW Sauber komandalrında çalışıb, 2007-ci ilin yayında isə Honda-ya keçib və BGP 001 maşınının hazırlanmasında vacib rol oynayıb, məhz bu maşınla Censon Batton mövsümün ilk səkkiz yarışında altı qələbə qazanıb.

Brawn GP komandasının nümayəndəsi təsdiq edib ki, keçən cümə Zander komandanı tərk edib: “Yorq bu mövsüm bizim uğurumuza vacib töhvə verib – biz ona minnətdarıq və gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*