21 Sentyabr 2019, Şənbə - 07:36

K.Sayns: “Mövsümə hazırıq”

K.Sayns: “Mövsümə hazırıq”

Müəllif: Rauf Hacıyev, redaktor

18:37 - 22 Mart, 2017

Toro Rosso komandasının sürücüsü Karlos Sayns ilk yarışdan əvvəl bildirib ki, yeni mövsümə hazırdır və tezliklə sükan arxasına keçmək istəyir.

F-1.az xatırladır ki, Karlos Sayns karyerası ərzində iki dəfə Avstraliya yarışına çıxıb və hər ikisində də 9-cu olub.

Karlos Sayns: “Burada hər iki  yarışımda 9-cu olmuşam. İnanıram ki, bu mövsüm də hər şey yaxşı olar. Bolidimiz daha yaxşıdır və özümü formada hiss edirəm. Buraya bir həftə tez gəlib, uyğunlaşmağa çalışırıq. Buranı da gəzmək üçün çox vaxtımız olur. Melburn gözəl şəhərdir və çox gözəl insanları var. İki ildir ki, burada Arnold Şvartsnegger ilə məşq edirdim, çünki o da mənimlə eyni oteldə qalırdı. Bu inanılmazdır. Ümid edirəm ki, bu il də eynisi olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 424
Teqlər ,
Paylaş

logo